...

Kiberhücumun Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilməsi müttəfiqlik əlaqələrinin ruhuna ziddir - Komissiya sədri

Siyasət Materials 2 May 2025 16:00 (UTC +04:00)
Kiberhücumun Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilməsi müttəfiqlik əlaqələrinin ruhuna ziddir - Komissiya sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kiberhücumun Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilməsi müttəfiqlik əlaqələrinin ruhuna ziddir.

Trend xəbər verir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov Komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.

"Texniki cəhətdən peşəkar səviyyədə həyata keçirilən kiberhücumun Rusiyadan qaynaqlanan kibercasus qrupu tərəfindən edilməsi təbii ki, təəssüf hissi doğurur. Bu, həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin konkret müddəalarına və əlaqələrimizin ruhuna zidd olan bir haldır", - o bildirib.

Qeyd edək ki, daha öncə Ramid Namazov Azərbaycanın media qurumlarına qarşı Rusiya ilə əlaqəli olan APT29 (“Cozy Bear”), yəni “Rahat Ayı” (digər adları isə Midnight Blizzard, the Dukes) qrupu tərəfindən həyata keçirildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti