...

“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

Cəmiyyət Materials 2 May 2025 13:22 (UTC +04:00)
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya təşkil olunub.

Trend xəbər verir ki, Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimovanın moderatorluq etdiyi paneldə Müdafiə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ədliyyə Nazirliyi və Ombudsman Aparatının səlahiyyətli nümayəndələri spiker qismində çıxış edərək, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, suverenliyin gücləndirilməsi baxımından konstitusiyanın ali hüquqi qüvvəsinin ictimai şüurda möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb, konstitusiya dəyərlərinin təbliğində medianın əhəmiyyəti ilə bağlı aktual məsələlərə toxunub, bu istiqamətdə həyata keçirilən kommunikasiya fəaliyyətlərini geniş müzakirə ediblər.

Panel iştirakçıları diqqətə çatdırıblar ki, cəmiyyətin hüquqi maarifləndirilməsi, ictimai rəyin düzgün formalaşdırılması və milli suverenlik ideyalarının gücləndirilməsi məqsədilə media xüsusi əhəmiyyətə malik platforma kimi fəaliyyət göstərir, bu sahədə jurnalistlərin fəaliyyəti cəmiyyətlə dövlət qurumları arasında səmərəli ünsiyyətin qurulmasında və qarşılıqlı etimadın inkişafında əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, panel müzakirənin sonunda sual-cavab sessiyası keçirilib.

Xəbər lenti

Xəbər lenti