...

Argentinada ard-arda iki güclü zəlzələ olub

Dünya xəbərləri Materials 2 May 2025 17:57 (UTC +04:00)
Argentinada ard-arda iki güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentinanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, eyni bölgədə 7,4 bal gücündəki bu zəlzələdən sonra daha bir yeraltı təkan – 7,1 bal gücündə qeydə alınıb. Dağıntılar və zərərçəkənlər barədə hələ ki məlumat yoxdur.

Zəlzələ qonşu Çilidə də hiss olunub. Çilinin Milli Fəlakətlərin Qarşısının Alınması İdarəsi ölkənin cənubundakı Maqalyanes bölgəsinin sunami riski səbəbindən təxliyə ediləcəyini açıqlayıb.

Zəlzələdən sonra beynəlxalq sunami mərkəzləri tərəfindən 1 ilə 3 metr arasında sunami dalğası ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti