...

Türkiyənin mebel ixracı 2 milyon dolları keçib

Dünya xəbərləri Materials 2 May 2025 14:29 (UTC +04:00)
Türkiyənin mebel ixracı 2 milyon dolları keçib

Bakı. Trend:

2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 2 milyon 509 min 953 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 622 min 143 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 6,7 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 7 milyon 890 min 410 dollar məbləğində mebel ixrac edib.

Xəbər lenti

Xəbər lenti