...

AMB aqrar sığorta istiqamətində təkmilləşmələr aparacaq

İqtisadiyyat Materials 2 May 2025 11:57 (UTC +04:00)
AMB aqrar sığorta istiqamətində təkmilləşmələr aparacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bank aqrar sığorta istiqamətində təkmilləşmələri nəzərdə tutub.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev bu gün Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.

O bildirib ki, bu, istər risklərin idarə edilməsi, innovativ metodların tətbiqi, istərsə də sığorta sahəsində etimadın artırılmasını özündə ehtiva edir:

"Həm banklar, həm də BOKT-lər tərəfindən mikrosahibkarların maliyyələşdirilməsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Kreditləşmə ilə məşğul olan BOKT-lərin istər ölkə daxilində, istərsə də ölkə xaricində maliyyələşmə imkanlarının artırılmasına yönəlik təşəbbüslər nəzərdə tutulub".

Xəbər lenti

Xəbər lenti