...

Yasamal rayonunda oğurluq edənlər saxlanılıb

Hadisə Materials 2 May 2025 12:10 (UTC +04:00)
Yasamal rayonunda oğurluq edənlər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yasamal rayonu ərazisində yerləşən restoranların birində oğurluq hadisəsi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin obyektdə çalışan şəxsin 30 manat pulu və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş 31 yaşlı T.Quliyev saxlanılıb.

Həmçinin rayon ərazisində yerləşən parkların birindən bir nəfərə məxsus 3000 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 18 yaşlı R.Həsənov da saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti