Bakı. Trend:
Elektron kənd təsərrüfatı sistemində artıq azı bir dəfə proses həyata keçirən 900 min sahə üzrə subyekt var.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası kənd təsərrüfatı nazirini müavini İlhamə Qədimova bu gün Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.
O bildirib ki, bu, data əsaslı qərarvermənin, irəlidə kreditlərə çıxışın asanlaşdırılması istiqamətində istifadə edilə bilər:
"Aqrar Kredit və İnkişaf Agentliyinin gündəliyində kreditlərin və güzəştlərin elektron mexanizmlə tətbiqi var. Bu da imkan verəcək ki, bu sahə üzrə şikayət və təkliflərin yönləndirilməsi asanlaşsın. Eyni zamanda, sahə üzrə düzəldilməsi zəruri olan məsələlərin heç bir itki vermədən aradan qaldırılmasına səbəb olacaq".
"Həmçinin, elektron sistem kənd təsərrüfatı ilə banklar arasında elektron mübadiləni daha təkmil hala gətirəcək. Düşünürük ki, bu sistem fermerlərin kredit əlçatanlığını da yaxşılaşdıracaq", - nazir müavini qeyd edib.