Bakı. Trend:
Ədliyyə Nazirliyi tərəfində normativ hüquqi aktların layihələrinin hazırlanması və onların ekspertizası üzrə irihəcmli işlər görülüb.
Trend xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiya və Suverenlik İlində media gündəmi” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Nazirlik tərəfindən hüquq sisteminin inkişafına töhfə verəcək fundamental qanun layihələri hazırlanıb:
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” və “Maraqlar toqquşması haqqında” qanun layihələri bu baxımdan xüsusi qeyd edilə bilər”.