...

Əvvəl yol hərəkəti qaydalarını pozanlara cəmiyyətdə rəğbət bəslənilirdi - DYP rəsmisi

Cəmiyyət Materials 2 May 2025 13:49 (UTC +04:00)
Əvvəl yol hərəkəti qaydalarını pozanlara cəmiyyətdə rəğbət bəslənilirdi - DYP rəsmisi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bütün dünyada 1,3 milyondan çox insan yol qəzalarında dünyasını dəyişir.

Trend xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, dünyada yol hərəkətinin təşkilində beş meyar əsas götürülür:

“Onlardan biri də maarifləndirmədir. Bu sahədə media orqanlarının fəaliyyəti bizə çox kömək edir. Medianın gücü sayəsində biz insanlara göstərdik ki, avtoxuliqanlıq təhlükəli hal daşıyır. Bu gün yol hərəkəti təhlükəsizliyi məsələsində Azərbaycan bir çox ölkələrdən öndədir. 1993-cu ildən indiyədək yol-nəqliyyat hadisələrində ölüm tempi azalır. Biz MDB, türk dövlətləri arasında qəzalarda xəsarət, ölüm hallarının ən az qeydə alındığı 2-ci, qonşu ölkələr arasında isə liderik.

R.Tağıyev qeyd edib ki, əvvəl yol hərəkəti qaydalarını pozanlara cəmiyyətdə, gənclər arasında rəğbət bəslənilirdi. "Media orqanları ilə birgə iş sayəsində buna son qoyuldu", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti