Bakı. Trend:
Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılması üzrə işlər artıq, demək olar ki, yekunlaşmaq üzrədir.
Trend xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Rəşad Hüseynov bu gün Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.
O, əvvəlcə bu sahədə statistik göstəricini diqqətə çatdırıb:
"2019-2023-cü illərlə müqayisədə Azərbaycanda balıqçılıq və akvakultura sahəsində istehsal nominal ifadədə 2 dəfəyə qədər artıb. Ötən il Prezident İlham Əliyevin müvafiq fərmanı ilə bu sahədə nəzarət, tənzimləmə və digər məsələlər Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb".
"Nazirliyin tərkibində Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılması üzrə işlər artıq, demək olar ki, yekunlaşmaq üzrədir", - deyə ATM-in direktoru qeyd edib.