...

BOKT-lərin istiqraz vasitəsilə maliyyələşmə xərcləri yüksəkdir - AMB

İqtisadiyyat Materials 2 May 2025 12:49 (UTC +04:00)
BOKT-lərin istiqraz vasitəsilə maliyyələşmə xərcləri yüksəkdir - AMB
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Mikromaliyyə sektorunun digər əsas maliyyələşmə mənbələrindən biri kapital bazarı vasitəsilə maliyyələşmədir. Lakin bank olmayan kredit təşkilatlarının (BOKT) istiqraz vasitəsilə maliyyələşmə xərcləri yüksəkdir.

Trend bu barədə AMB-nin “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədinə istinadən xəbər verir.

Məlumata görə, BOKT-lərin istiqraz vasitəsilə maliyyələşmə xərclərinin yüksək olması əsasən onların risk
profilindən qaynaqlanır.

Geniş fəaliyyətli BOKT-lərin yaranması və onlara daha çox fəaliyyətin həyata keçirilməsinə icazə verilməsi, habelə daha ciddi tənzimləmə və idarəetmə siyasəti tələbləri maliyyə institutlarının dayanıqlığını artırmaqla investorlar üçün daha aşağı riskli maliyyə institutu kimi qəbul edilməsinə və beləliklə maliyyələşmə xərclərinin aşağı düşməsinə zəmin yaradacaq.

Eyni zamana, “Emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında Qayda”sına geniş fəaliyyətli BOKT-lər üçün, habelə mikrokredit portfelinin həcmi üzrə müvafiq şərtləri yerinə yetirən banklar üçün istiqraz buraxılışı ilə bağlı normativlərə yenidən baxılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti