...

Fermerlərə texnika üçün ödənilən vəsaitin həcmi açıqlandı

İqtisadiyyat Materials 2 May 2025 09:49 (UTC +04:00)
Fermerlərə texnika üçün ödənilən vəsaitin həcmi açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət olaraq kənd təsərrüfatında fəaliyyət göstərən bütün subyektləri, yəni kiçik ailə təsərrüfatlarından tutmuş iri aqroparklaradək dəstəkləmək bizim strateji prioritetimizdir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.

O bildirib ki, bu dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir:

"Dövlət tərəfindən həyata keçirilən subsidiya siyasəti çərçivəsində, biz fermerlərə göstərilən dəstəyi davamlı və sistemli şəkildə icra edirik. 2023-cü ildə 387,340 fermerə 352 milyon manat, 2024-cü ildə isə 380,704 fermerə 362,5 milyon manat məbləğində subsidiyalar ödənilib. Bu, yalnız rəqəm deyil, bu, kəndin həyatına, ailələrin rifahına, məhsuldarlığın artımına verilmiş dəstəkdir.

Eyni zamanda, fermerlərimizin texnika və damazlıq heyvanlarla təminatı sahəsində də dövlətimiz onların yanındadır. 2023-cü ildə 6 477 texnika üçün 83,9 milyon manat, 2024-cü ildə isə 9 107 texnika üçün 80,8 milyon manat güzəşt vəsaiti ayrılıb. Həmçinin, 2024-cü ildə 5,830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdim olunub. Bu maliyyə təşviqləri həm yerli istehsalın stimullaşdırılmasına, həm də iqlim risklərinə dayanıqlı təsərrüfatların qurulmasına xidmət edir".

Xəbər lenti

Xəbər lenti