...

“TotalEnergies”in gəlirləri azalıb

Dünya xəbərləri Materials 2 May 2025 06:37 (UTC +04:00)
“TotalEnergies”in gəlirləri azalıb

Bakı. Trend:

Fransa, Norveçin iri neft şirkətləri “TotalEnergies” və “Equinor” cari ilin birinci rübü üzrə gəlirlərini açıqlayıb.

Trend xəbər verir ki, bu ilin birinci rübündə Fransanın “TotalEnergies” şirkətinin xalis gəlirləri 18 faiz azalaraq 4,2 milyard dollara düşüb.

Göstəricilərin proqnozdan aşağı olmasına maye qaz xaric biznesin bütün seqmentlərində gəlirlərin azalması səbəb olub.

Qeyd edək ki, şirkətin gəlirləri üzrə ilin ilk rübü üzrə proqnozlaşdırılan məbləğ 4,3 milyard dollar idi.

Buna baxmayaraq, qeyd olunan dövrdə Norveçin neft-qaz istehsalçısı “Equinor” şirkətinin gəlirləri 14,9 faiz artaraq 8,65 milyard dollara yüksəlib.

Hesabat dövrü üzrə proqnozlaşdırılan məbləğ 8,51 milyard dollar idi.

Ötən ilin birinci rübündə şirkətin gəlirləri 7,53 milyard dollar olub.

Xəbər lenti

Xəbər lenti