Bakı.Trend:
Rusiyanın Dağıstan Respublikasının Qızılyurd rayonunda zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Fövqəladə Hallar Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ 4.3 maqnitudada olub. Yeraltı təkanın yerli vaxtla 05:49-da İnçxa kəndi yaxınlığında qeydə alındığı bildirilir. Zəlzələnin yeraltı ocağı 10 km dərinlikdə olub. Qeyd edilir ki, yerin səthində zəlzələ hiss olunmayıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.