...

Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Dünya xəbərləri Materials 2 May 2025 05:46 (UTC +04:00)
Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

Bakı. Trend:

Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

Trend xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan Noel Baro "Frans Press" agentliyinə müsahibəsində deyib.

“Biz, avropalılar, Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə ABŞ-nin bu təşəbbüsünü dəstəkləyəcəyik və mən ABŞ senatoru Lindsi Qrem qarşısında öhdəlik götürdüm ki, sanksiya paketinin həm mahiyyətini, həm də vaxtını koordinasiya edək”, - Baro bildirib.

Bundan əvvəl respublikaçı senator Lindsi Qrem Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsini təklif etmişdi.

Xəbər lenti

Xəbər lenti