Bakı. Trend:
Argentinanın qərbindəki La Rioxa əyalətində 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təqribən 162 min insanın yaşadığı La Rioxa şəhərindən 104 kilometr şimal-qərbdə yerləşib.
Zəlzələnin ocağı 131 kilometr dərinlikdə olub.