...

Kamala Harris amerikalıları ABŞ prezidentinə qarşı birləşməyə çağırıb

Dünya xəbərləri Materials 1 May 2025 12:57 (UTC +04:00)
Kamala Harris amerikalıları ABŞ prezidentinə qarşı birləşməyə çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerikalılar ABŞ prezidenti Donald Trampa qarşı çıxmaq üçün birləşməlidir və həmrəy olmalıdırlar.

Trend “Reuters”ə istinadən xəbər verir ki, belə bir çağırışla keçmiş ABŞ vitse-prezident Kamala Harris çıxış edib.

“Böhranla üz-üzə qalanda bundan dərs çıxarmalıyıq – heç kim dağılışmamalıdır”, - deyə Harris bildirib.

Vəzifədən getdikdən sonra ən geniş çıxışını “Leading Women Defined” sammitində edən Harris ABŞ sakinlərini birgə hərəkət etməyə və mövqelərini açıq şəkildə ifadə etməyə çağırıb. O, Tramp administrasiyasının iqtisadi siyasətini “müasir prezidentlik tarixində ən böyük süni iqtisadi böhran” kimi qələmə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti