...

Medalın təsis edilməsi FHN sistemində çalışan əməkdaşlar üçün böyük stimuldur – Vüqar Rəhimzadə

Cəmiyyət Materials 1 May 2025 11:39 (UTC +04:00)
Medalın təsis edilməsi FHN sistemində çalışan əməkdaşlar üçün böyük stimuldur – Vüqar Rəhimzadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin 20 illik yubileyi ilə bağlı medalın təsis edilməsi FHN sistemində çalışan əməkdaşlar üçün böyük stimuldur.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu 20 ildə nazirliyin kollektivi fövqəladə halların aradan qaldırılmasında böyük fədakarlıqlar göstəriblər.

“Türkiyədəki meşə yanğınları, digər ölkələrdəki fövqəladə hallarda Azərbaycan FHN-in əməkdaşları kifayət qədər fədakarlıq göstərirlər. Bu medalın təsis edilməsi onların əməyinin qiymətləndirilməsidir. Fövqəladə hallar əməkdaşları bundan sonra öz fəaliyyətlərində laiqincə xidmət göstərəcəklər”, - deyə deputat qeyd edib.

Xəbər lenti

Xəbər lenti