Bakı. Trend:
İran qonşu ölkələrlə dəmiryol və sərhəd yollarının infrastrukturlarını bərpa etməyə və inkişaf etdirməyə çalışır.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müşaviri və İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Məsələlər üzrə Mərkəzinin direktoru Əmin Tərəffo yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ötən 6 ay ərzində İranın yol və şəhərsalma nazirinin tranzit və yükdaşımanı və qonşu ölkələrlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üzrə diqqət mərkəzində saxlaması ilə bu sahədə böyük irəliləyişlər əldə olunub.
Tərəffo bildirib ki, bəzi maneələr, xüsusilə nəqliyyat və yükdaşıma xərcləri sahəsində maneələr əməkdaşlıqla həll olunub.
Qeyd edək ki, cari İran ilində (21 mart 2025 -20 mart 2026) 8 milyon ton yükün İranın dəmir yolları ilə beynəlxalq yüklərin daşınması (idxal, ixrac, tranzit) nəzərdə tutulub.
Əlavə edək ki, ötən İran ilində (20 mart 2023 -19 mart 2024) İranın dəmiryolu vasitəsi ilə ixrac, idxal və tranzit məqsədilə 5 milyon ton yük daşınıb.