...

Martda kiçik sahibkarlıq subyektlərinə 42 milyon manat kredit verilib

İqtisadiyyat Materials 1 May 2025 11:48 (UTC +04:00)
Martda kiçik sahibkarlıq subyektlərinə 42 milyon manat kredit verilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayının sonuna Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,531 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, fevral ayının sonu ilə müqayisədə 42 milyon manat və ya 2,8% çoxdur.

Belə ki, cari ilin fevral ayının sonunda Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,489 milyard manat idi.

Qeyd edək ki, bu ilin martın sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 14,935 milyard manat təşkil edib.

Xatırladaq ki, cari ilin 1 aprel tarixinə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin sayı 12 min ədəddir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 6,1%-ini kiçik sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (34,5%), “Tikinti” (12,5%), “Emal sənayesi” (9,8%) və “Peşə, elmi və texniki fəaliyyət” (7,5%) sahələrində yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti