...

Yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə müvafiq monitorinq işləri həyata keçirilir - Cəmil Xudiyev

Cəmiyyət Materials 1 May 2025 12:12 (UTC +04:00)
Yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə müvafiq monitorinq işləri həyata keçirilir - Cəmil Xudiyev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda yerləşdiyimiz ərazinin həmsərhəd hissəsində təhlükə potensiallı obyektlərin siyahısına daxil olan, o cümlədən yanğın partlayış təhlükəli obyekt hesab olunan neft emalı müəssisəsinin, eyni zamanda yaxınlıqdan keçən enerji daşıyıcıları nəql edən boruların, xətlərin, həmçinin yaşayış yerlərinin yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları tərəfindən müvafiq monitorinq işləri həyata keçirilib.

Trend xəbər verir ki, bunu bu gün jurnalistlər üçün mediatur zamanı açıqlamasında FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev deyib.

O qeyd edib ki, monitorinq zamanı səsləndirdiyim infrastruktur obyektlərinin yaxınlığında məişət, sənaye tullantılarınım, o cümlədən quru ot, kol kos, qamışlığın yerləşdiyi aşkar edilib.

“Mövcud vəziyət ciddi yanğın riskini formalaşdırdığı üçün yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət çərçivəsində ərazinim yanğın təhlükəsizliyi təmin etməsi ilə bağlı bu gün zəruri tədbirlər görülməkdədir. Bildiyimiz kimi Bakı küləkli hava şəraitinin üstünlük təşkil etdiyi ərazidə yerləşir bu ərazidə baş verən yanğın hadisələri, kiçik qığılcımları küləyin təsiri ilə yaxınlıqdakı obyektə keçmək ehtimalı vardır ki, bu da kiçik qığılcımın nə qədər böyük fəlakətə səbəb ola biləcəyini açıq aşkar görmək mümkündür.”

C.Quliyev bildirib ki, tərəfimizdən görülmüş tədbirlər, qarşılıqlı fəaliyyətimizin nəticəsi olaraq ərazidən bu tullantıların, o cümlədən yay mövsümünün gəldiyini nəzərə alaraq ot örtüyünün quruması səbəbindən ərazinin yanğın təhlükəsibndən qorunmasına öz töhfəsini vermişdir.

“Kütləvi informasiya vasitələri bunun işıqlandırılması müstəsna əhəmiyyət daşıyır. Tədbirin bu formada cəmiyyətə çatdırılması analoji hallarla bağlı digər icra hakimiyyəti orqanları tərəfindən də belə tədbirlərin davam etdirilməsinə bir çağırışdır. Bizim əməkdaşlarımız tərəfindən bu növ yerlərin aşkar etdirilməsj istiqamətində işlərimiz davam etdirilir. Bu tədbirə qoşulmaqla şəhər təsərrüfatının yanğın təhlükəsizliyini, o cümlədən yanğına qarşı əməliyyat sabitliyinin qorunmasına birgə nail ola bilərik”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti