Bakı. Trend:
Cari ilin mart ayında Azərbaycandan 17,8 milyon ABŞ dolları dəyərində tomat ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon ABŞ dolları və ya 18,7% çoxdur.
Ötən ilin mart ayında Azərbaycandan 15 milyon ABŞ dolları dəyərində tomat ixrac edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.