Bakı. Trend:
Türkiyənin Tunceli şəhərində Tunceli dövlət xəstəxanasında güclü yanğın baş verib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, yanğın xəstəxananın zirzəmi mərtəbəsində oksigen balonlarının doldurulduğu otaqda meydana gəlib.
Yanğın nəticəsində qısa müddətə xəstəxanın içini qatı tüstü bürüyüb. Xəstəxanada müalicə alan 40-a yaxın xəstə xərəklərdə xəstəxananın avtomobil dayanacağına təxliyə olunub.
Yanğınsöndürənlər bir müddət sonra yanğının ocağını söndürməyə nail olub. İnsidentlə bağlı araşdırma aparılır.