Bakı. Trend:
UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Trend xəbər verir ki, İngiltərənin “Tottenhem” komandası doğma meydanda Norveç təmsilçisi “Budyo Qlimt”i (3:1), “Mançester Yunayted” isə İspaniyada “Atletik”i (3:0) məğlub edib.
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyun
“Tottenhem” (İngiltərə) - “Budyo Qlimt” (Norveç) - 3:1
“Atletik” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:3
Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşmaları mayın 8-də təşkil olunacaq.