...

AÇG-nin birinci rüb üzrə hasilat göstəriciləri açıqlanıb

İqtisadiyyat Materials 1 May 2025 12:47 (UTC +04:00)
AÇG-nin birinci rüb üzrə hasilat göstəriciləri açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə Azəri-Çıraq-Günəşli (AÇG) yatağının ümumi hasilatı gündə orta hesabla 331 000 barel və ya ümumilikdə təxminən 30 milyon barel, yəni 4 milyon ton olub.

Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə gündəlik orta hesabla 8 000 barel və ya ümumilikdə təxminən 1 milyon barel azalıb.

Belə ki, 2023-cü ilin birinci rübündə AÇG-dən ümumi hasilat gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 31 milyon barel, yəni 4 milyon ton olub.

Qeyd edək ki, rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilatı quyusu, 44 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti