Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lombard fəaliyyəti ilə məşğul olan “GL” ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış planlı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən lombard fəaliyyəti ilə məşğul olan "GL" ASC və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 (əlli min) manat və 10 000 (on min) manat məbləğində cərimə edilib”, - məlumatda qeyd olunub.