Bakı. Trend:
Növbəti ildən Respublika Fənn Olimpiadalarının Kimya fənni üzrə praktiki turu təşkil ediləcək.
Trend xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Respublika Fənn Olimpiadalarının biologiya fənni üzrə praktiki turuna mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ötən ildən etibarən fizika fənnindən, bu ildən etibarən isə biologiya fənni üzrə Respublika Fənn Olimpiadalarının praktiki turu keçirilir:
"Bu gün ilk dəfə olaraq biologiya fənni üzrə Respublika Fənn Olimpiadalarının praktiki turu keçirildi.
Ümumilikdə aşağı yaş qrupu və yuxarı yaş qrupu olmaqla 124 şagird iştirak edir. Nəzəri və praktiki turun nəticələrindən asılı olaraq qaliblər qısa zamanda müəyyənləşdiriləcək. Hər iki yaş qrupu üzrə ən yaxşı nəticə göstərən 30 şagird, ümumilikdə 60 şagird qalib olacaq".