Bakı. Trend:
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Ərəb dənizində ABŞ-nin “Carl Vinson” təyyarədaşıyan gəmisinə hücum ediblər.
Trend-in məlumatına görə, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya deyib.
"Yəmənin silahlı qüvvələri Ərəb dənizində ABŞ-nin “Carl Vinson” aviadaşıyıcısı və onu müşayiət edən hərbi gəmilərə qarşı bir neçə pilotsuz uçuş aparatlarından istifadə edərək əməliyyat keçirib", - deyə o bildirib.