Bakı. Trend:
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Qismət Salahov saxlanılıb.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata
görə, həmin şəxsə məxsus istixanaya keçirilən baxış zamanı
aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 230 ədəd çətənə kolu
aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər
əməliyyat zamanı Qurban Cəfərov, Anar Zamanov və Şahin Hüseynov da
saxlanılıblar. Həmin şəxslərin yaşadıqları ünvanlardan isə
ümumilikdə 53 ədəd çətənə kolu və narkotik vasitə marixuana
aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.