Bakı. Trend:
Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 82 nəfər qəbul edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, şöbəyə qəbul edilən xəstələrdən 24 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 1-i spirtli içkidən, 6-sı ilan sancmasından zəhərlənən şəxslərdir.
“Həmçinin onlardan 4 nəfər dəm qazından, 5 nəfər allergik
reaksiyadan, 4 nəfər botulizmdən, 1 nəfər anafilaktik şok, 1 nəfər
yandırıcı məhluldan, 1 nəfər neft məhlulundan, 1 nəfər yabanı
bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3
kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə
turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb”,- deyə o əlavə
edib.