Bakı. Trend:
Hindistan hava məkanını bütün Pakistan aviareysləri üçün bağlayıb.
Trend-in məlumatına görə, bu barədə Hindistanın yaydığı NOTAM uçuş bildirişində deyilib.
Məlumata əsasən, Pakistan təyyarələri üçün hava məkanının bağlanması qərarı aprelin 30-dan mayın 23-dək qüvvədə olacaq.