Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio Pakistanın baş naziri Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib..
Məlumata əsasən, Marko Rubio onları iki ölkə arasında gərginliyi azaltmağa çağırıb.
ABŞ dövlət katibi Pakistanın baş naziri ilə söhbətində Pahalqam hücumunu pisləmək lazım olduğunu vurğulayıb. "Dövlət katibi Pakistan rəsmilərini bu qəbuledilməz hücumun araşdırılmasında əməkdaşlığa çağırıb. O, həmçinin Pakistanı gərginliyi azaltmaq, birbaşa təmasları bərpa etmək və Cənubi Asiyada sülh və təhlükəsizliyi qorumaq üçün Hindistanla işləməyə çağırıb", - Dövlət Departamentinin bəyanatında deyilir.
Marko Rubio hindistanlı həmkarı ilə söhbətində insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı başsağlığı verib və ABŞ-ın terrorizmlə mübarizədə Hindistanla əməkdaşlığı dərinləşdirəcəyinə əmin edib.