Bakı.Trend:
Almaniya Nazirlər Kabineti, vəzifəsini icra edən kansler Olaf Şoltsun rəhbərliyi ilə son iclasını keçirib və bu iclasda 1 iyul tarixindən pensiyaların 3,74% artırılması planını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Şolts hökuməti üç il yarım ərzində ümumilikdə 131 iclas keçirib.
Qeyd edilir ki, mayın 6-da Bundestaqda yeni kanslerin seçilməsi prosesi başlayacaq və proqnozlara görə, bu vəzifəyə Xristian Demokratların lideri Fridrix Mers gətiriləcək.