...

Yanvar-mart aylarında Azərbaycanın qızıl ixracından gəliri məlum olub

İqtisadiyyat Materials 30 Aprel 2025 15:19 (UTC +04:00)
Yanvar-mart aylarında Azərbaycanın qızıl ixracından gəliri məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan 65,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,7 milyon ABŞ dolları və ya 3,5 dəfə çoxdur.

Təkcə martda isə Azərbaycan 25 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə 13,3 milyon ABŞ dolları və ya 2,1 dəfə artım deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti