...

Madaqaskar Fransadan “Səpələnmiş adalar”ı qaytarmağı tələb edir

Dünya xəbərləri Materials 30 Aprel 2025 13:17 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Madaqaskar hökuməti hazırda Fransanın nəzarətində olan “Səpələnmiş adalar”a dair iddiasından əl çəkməyib.

Trend xəbər verir ki, bu fikri Madaqaskarın xarici işlər naziri Rasata Rafaravavitafika Fransa Prezidenti Emmanuel Makronun bu ölkəyə dövlət səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında səsləndirib.

Nazir, həmçinin, deyib ki, iyunun 30-da Parisdə Hind okeanında yerləşən bu adalarla bağlı Fransa - Madaqaskar Birgə Komissiyasının ikinci iclası keçiriləcək.

Qeyd edək ki, Madaqaskar 1960-cı ildə müstəqillik qazandıqdan sonra “Səpələnmiş adalar” Fransanın nəzarəti altında qalıb. 1970-ci ildə isə rəsmi Antananarivu adaların geri qaytarılması tələbi ilə çıxış edib. 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən Fransa hökumətini Madaqaskarla sözügedən adalarla bağlı danışıqlara başlamağa çağıran qətnamə qəbul olunub.

2019-cu ilin noyabr ayında “Səpələnmiş adalar”a dair Fransa - Madaqaskar Birgə Komissiyasının ilk iclası təşkil edilib. Lakin rəsmi Parisin qeyri-müəyyən addımları səbəbindən Komissiyanın növbəti iclasları baş tutmayıb. E.Makron Madaqaskara səfərindən sonra “Səpələnmiş adalar”ın birgə idarə olunmasının mümkünlüyünü bildirib.

Xəbər lenti

Xəbər lenti