Bakı. Trend:
“X” platforması 4K video yükləmək imkanı təklif etməyə başlayıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu, istifadəçilərin cəlb edilməsini artırmaq və onların “YouTube” və ya “Vimeo” kimi digər platformalara keçməsinə mane olmaq məqsədi daşıyır.
Məlumata görə, funksiya tezliklə platformanın bütün ödənişli abunəçiləri üçün əlçatan olacaq.