...

Sənaye sektoruna verilən biznes kreditləri 2,6 milyard manatı ötüb

İqtisadiyyat Materials 30 Aprel 2025 17:47 (UTC +04:00)
Sənaye sektoruna verilən biznes kreditləri 2,6 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən sənaye sektoruna verilmiş biznes kreditlərinin həcmi 2,689 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon manat və ya 1,1% çoxdur.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat təşkil edib.

Bankların biznes kredit portfeli 2024-cü ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 13,1% və ya 1,7 milyard manat artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti