...

May ayının hava PROQNOZU

Cəmiyyət Materials 30 Aprel 2025 14:27 (UTC +04:00)
May ayının hava PROQNOZU
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, may ayında ölkə ərazisində havanın temperaturu tədricən artır. Son illərdə may ayında hava şəraiti ötən illərlə müqayisədə daha çox dəyişkən keçir.

May ayında ilin fəslinə uyğun olaraq isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində temperatur və təzyiq fərqləri yaranır.

Bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

May ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun +18 dərəcədən +20 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +15 dərəcədən +20 dərəcəyədək , gündüzlər +22 dərəcədən +27 dərəcəyədək, bəzi günlərdə +30 dərəcədən +35 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 18-21 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu +18 dərəcədən +22 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +13 dərəcədən +18 dərəcəyədək, gündüzlər +23 dərəcədən +28 dərəcəyədək, bəzi günlərdə +32 dərəcədən +37 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-62 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun +13 dərəcədən +16 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu +7 dərəcədən +12 dərəcəyədək, gündüzlər +15 dərəcədən +20 dərəcəyədək, bəzi günlərdə +23 dərəcədən +28 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 68-122 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun +14 dərəcədən +17 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu +7 dərəcədən +12 dərəcəyədək, gündüzlər +16 dərəcədən +21 dərəcəyədək, bəzi günlərdə +25 dərəcədən +30 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 52-103 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun +18 dərəcədən +21 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +13 dərəcədən +18 dərəcəyədək, gündüzlər +23 dərəcədən +28 dərəcəyədək, bəzi günlərdə +30 dərəcədən +35 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 43-67 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun +17 dərəcədən +20 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +12 dərəcədən +17 dərəcəyədək, gündüzlər +20 dərəcədən +25 dərəcəyədək, bəzi günlərdə +29 dərəcədən +34 dərəcəyədək, dağlarda gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-166 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun +19 dərəcədən +22 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +15 dərəcədən +20 dərəcəyədək, gündüzlər +27 dərəcədən +32 dərəcəyədək, bəzi günlərdə 34 dərəcədən +36 dərəcəyədək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-62 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun +16 dərəcədən +19 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu +12 dərəcədən +17 dərəcəyədək, gündüzlər +23 dərəcədən +28 dərəcəyədək, bəzi günlərdə +32 dərəcəyədək gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti