...

Azərbaycan və Küveyt arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

Siyasət Materials 30 Aprel 2025 14:37 (UTC +04:00)
Azərbaycan və Küveyt arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Küveyt ikitərəfli və çoxtərəfli əməkdaşlığının müxtəlif aspektləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

İki ölkə arasında mövcud siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə edilib, ali və yüksək səviyyəli səfər və təmasların daha da artırılmasının əhəmiyyəti vurğulanıb. Xarici İşlər Nazirlikləri arasında baş tutan siyasi məsləhətləşmələrin əməkdaşlıq üçün potensial sahələrin müəyyən olunması baxımından faydalı olduğu diqqətə çatdırılıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycanın növbəti ildə İƏT-ə sədrliyi çərçivəsində birgə fəaliyyət məsələlərindən bəhs edilib.

Мəliəhd Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı ölkəmizə səfərini və cənab Prezident İlham Əliyev ilə baş tutan görüşünü xatırlayaraq, aparılan müzakirələr zamanı ölkələrimiz arasında xüsusilə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm kimi istiqamətlər üzrə əməkdaşlığın inkişafı məsələlərinə vurğu edildiyini diqqətə çatdırıb.

Bu baxımdan, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Birgə Komissiyanın keçiriləcək iclasının vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti