...

Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu artırmağı planlaşdırır

Cəmiyyət Materials 1 May 2025 05:30 (UTC +04:00)

Bakı. Trend:

“Microsoft” korporasiyası geosiyasi dəyişkənlik şəraitində rəqəmsal sabitliyi təmin etmək üçün Avropa İttifaqında (Aİ) bulud və süni intellekt infrastrukturunu genişləndirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.

Məlumata əsasən, “Microsoft” şirkəti öz bloqunda yaxın iki il ərzində Aİ-də özünün məlumatların emalı mərkəzlərinin (MEM) imkanlarını 40 faiz genişləndirmək niyyətindədir. “Microsoft” 16 Avropa ölkəsində məlumat mərkəzlərini genişləndirir.

“Bu planlar bu yaxınlarda elan edilmiş addımlarla birlikdə, 2027-ci ilə qədər Avropa məlumat mərkəzlərimizin tutumunu 2023-cü il səviyyəsi ilə müqayisədə iki dəfədən çox artıracaq”, - deyə şirkət qeyd edib. Bölgədəki “Microsoft” məlumat mərkəzlərinin ümumi sayı 200-dən çox olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti