...

Binəqədidə silah-sursat aşkarlandı

Hadisə Materials 30 Aprel 2025 17:58 (UTC +04:00)
Binəqədidə silah-sursat aşkarlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonunda silah-sursat aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində 1 avtomat silahı və 5 ədəd patron tapılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti