Bakı. Trend:
ABŞ aprelin 30-u Ukrayna ilə təbii sərvətlər üzrə saziş bağlamağa razıdır.
Trend-in məlumatına görə, bu barədə bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.
"Bizim tərəfimiz Ukrayna tərəfinin ötən gecə israr etdiyi son düzəlişlərlə müqaviləni imzalamağa hazırdır. Onlar sənədə yenidən baxa bilərlər və onlar da hazırdırsa, biz bu gün günortadan sonra onu imzalamağa hazırıq", - deyə S.Bessent Nazirlər Kabinetinin iclasında bildirib.
Nazir əlavə edib ki, müqaviləyə son dəyişikliklər həftə sonu edilib və o vaxtdan bəri sənədə heç bir düzəliş edilməyib.