Bakı. Trend:
Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +9 dərəcədən +11 dərəcəyədək, gündüz
+16 dərəcədən +20 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 766 mm civə
sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 %
olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı,
şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim
şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +8 dərəcədən +11 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək, dağlarda gecə -1 dərəcədən +3 dərəcəyədək, gündüz +5 dərəcədən +10 dərəcəyədək olacaq.