...

Qarabağ və Şərqi Zəngəzurdan banklara əmanət qoyuluşları artır

İqtisadiyyat Materials 30 Aprel 2025 10:55 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurdan banklara əmanət qoyuluşları artır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin aprelin 1-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 107,1 milyon manat olub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici bir ay əvvəlki göstərici ilə müqayisədə 15,4 milyon manat və ya 16,8%, 2024-cü ilin aprelin 1-nə olan göstəriciyə nisbətən isə 30,2 milyon manat və ya 39,3% çoxdur.

Eyni zamanda, 2025-ci ilin aprelin 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 689 min manat olub ki, bu da, bir ay əvvəlki göstərici ilə müqayisədə 250 min manat, yaxud da 56,9% artım deməkdir.

Qeyd edək ki, bu ilin aprelin 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 15,1 milyard manat təşkil edib ki, bu da, əvvəlki ayla müqayisədə 238,1 milyon manat, yaxud da 1,6%, 2024-cü ilin aprelin1-nə olan göstərici ilə ifadədə isə 1,9 milyard manat və ya 14,6% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti