Bakı. Trend:
Aprelin 26-da Premyer Liqada XXXII turun “Kəpəz” – “Zirə” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Kəpəz” klubu 1000 manat cərimə edilib.
Trend xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi müvafiq qərar verib.
Eyni zamanda, aprelin 27-də Premyer Liqada XXXII turun “Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” klubu 700 manat cərimə edilib.
Bundan əlavə, aprelin 27-də Premyer Liqada XXXII turun “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.
Həmçinin, aprelin 27-də Premyer Liqada XXXII turun “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilib.