...

Xarici maliyyə qurumlarının “American Express” kartları ilə ödənişlərinin həcmi 20% artıb

İqtisadiyyat Materials 30 Aprel 2025 11:52 (UTC +04:00)
Xarici maliyyə qurumlarının “American Express” kartları ilə ödənişlərinin həcmi 20% artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” ödəniş kartları vasitəsilə əməliyyatların sayı 800 ədəd, əməliyyatların həcmi isə 600 min manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu “American Express” kartları ilə əməliyyatların sayı dəyişməyib, əməliyyatların həcmi isə 100 min manat, yaxud da 20% artıb.

Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “American Express” ödəniş kartları vasitəsilə əməliyyatların sayı 800 ədəd, əməliyyatların həcmi isə 500 min manat idi.

Qeyd edək ki, cari ili birinci rübündə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi bütün ödəniş kartları vasitəsilə əməliyyatların sayı 900,1 min ədəd, əməliyyatların həcmi isə 86,5 milyon manat olub.

Məlumat üçün bildirək ki, qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları Azərbaycanda qeydiyyatda olmayan (yəni xarici) maliyyə qurumları tərəfindən buraxılmış (emissiya olunmuş) bank kartlarıdır. Qeyri-rezident ölkədə daimi qeydiyyatda olmayan və ya xaricdə yerləşən hüquqi yaxud da fiziki şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti