...

Paytaxtda oğurluq edənlər saxlanılıb

Cəmiyyət Materials 30 Aprel 2025 18:08 (UTC +04:00)
Paytaxtda oğurluq edənlər saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dolların oğurlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı R.Bağıyev saxlanılıb.

Səbail rayonunda bir nəfərin bank kartını və 300 manatını talamaqda şübhəli bilinən qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti