...

Azərbaycanda BKM vasitəsilə aparılan əməliyyatların həcmi açıqlanıb

İqtisadiyyat Materials 30 Aprel 2025 14:58 (UTC +04:00)
Azərbaycanda BKM vasitəsilə aparılan əməliyyatların həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mart ayında Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 68 369 min ədəd həcmdə 3,2 milyard manat məbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin mart ayı ilə müqayisədə həcm ifadəsində 25 006 min ədəd və ya 57,7%, məbləğ baxımından isə 1,1 milyard manat və ya 53,1% çoxdur.

Həmçinin, 2025-ci ilin mart ayında Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 18,2 min ədəd həcmdə 4,9 milyon ABŞ dolları məbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 1 000 ədəd və ya 5,2% azalması, məbləğ baxımından isə dəyişməz qalması deməkdir.

Eyni zamanda, cari ilin mart ayında ölkədə Banklararası Kart Mərkəzi vasitəsilə 10 min ədəd həcmdə 1,2 milyon avro məbləğində emal olunmuş ödəniş əməliyyatları həyata keçirilib. Bu göstərici həcm baxımından illik müqayisədə 71,5 min ədəd və ya 87,7%, məbləğ ifadəsində isə illik müqayisədə 1,5 milyon avro və ya 55,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti