...

İkinci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərdən ibarət 2340 nəfərə birdəfəlik maddi yardım ödənilib

Cəmiyyət Materials 30 Aprel 2025 15:00 (UTC +04:00)
İkinci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərdən ibarət 2340 nəfərə birdəfəlik maddi yardım ödənilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin 21 aprel 2025-ci il tarixli Sərəncamına əsasən, 1941–1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımların ödənişi həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sərəncama uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının hər birinə 2500 manat birdəfəlik maddi yardım ödənilib.

"İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 1250 manat birdəfəlik maddi yardım ödənilib.

Sərəncam İkinci Dünya müharibəsi iştirakçıları və digər müvafiq şəxslərdən ibarət ümumilikdə 2340 şəxsi əhatə edib və birdəfəlik maddi yardımlar onların bank hesablarına köçürülüb",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti