...

Ötən ay banklar 150 milyon manatdan çox biznes krediti verib

İqtisadiyyat Materials 30 Aprel 2025 10:54 (UTC +04:00)
Ötən ay banklar 150 milyon manatdan çox biznes krediti verib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfeli 14,935 milyard manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,734 milyard manat və ya 13,1% çoxdur.

Belə ki, 2024-cü ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfeli 13,201 milyard manat idi.

Fevralın sonunda bankların biznes kredit portfelinin həcmi 14,777 milyard manat olub. Yəni təkcə mart ayında Azərbaycan bankları 158 milyon manat biznes krediti verib.

Qeyd edək ki, hesabat dövrünün sonun bankların kredit portfelinin həcmi 27,877 milyard manat təşkil edib ki, bu da, illik müayisədə 3,775 milyard manat, yaxud da 15,7% çoxdur. 2024-cü ilin müvafiq dövründə bu rəqəm 24,102 milyard manat idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti